Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı və ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumatda bildirilir ki, ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən yaşayış yerini tərk edən 27 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb:
"Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir".
Milli.Az