Millətlər Liqası: Final mərhələsinin püşkü atılır

3 Dekabr 2020 13:24

Bu gün Millətlər Liqasının final mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə 20:30-da başlayacaq. Püşkdə 2021-ci ilin oktyabrında keçiriləcək həlledici raundun yarımfinal cütləri bəlli olacaq.

A liqasının qrup qalibləri İtaliya, Belçika, Fransa və İspaniyanın rəqibləri bəlli olacaq. Yarımfinal matçları oktyabrın 6-da və 7-də keçiriləcək. 

Yarışın meydan sahibi İtaliya yığmasının oyunu ilk gündə baş tutacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda matç keçiriləcək.

Milli.Az