İranda nazir müavini həbs olunub
9 Yanvar 2012 21:04
Trend-in məlumatına görə, bunu İranın ISNA xəbər agentliyi adını açıqlamadığı mənbəyə istinadən məlumat verib.
Məlumata əsasən, maliyyə qalmaqalı ilə bağlı İran parlamentinin 4 nümayəndəsi də istintaqa cəlb olunub, parlament nümayəndələrindən birinin oğlu isə həbs olunub. Məlumatda həbs olunan şəxsin kimliyi açıqlanmayıb.
2011-ci ilin noyabr ayında İranda ölkənin Saderat Bankından 2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinən 50 nəfər həbs olunub. Şübhəli bilinən şəxslər İranın Saderat Bankının Xuzistan əyalətindəki filiallardan biri tərəfindən (LC) kredit xətti açaraq Bank Melli İranın Kiş şəhəri filialından həmin vəsaiti qanunsuz çıxarmaqda ittiham olunurlar.
Hadisə ilə bağlı Bank Melli İranın direktoru Məhəmmədrza Xavəri istefa verib və Kanadaya qaçıb. Saderat və Saman banklarının direktorları isə işdən çıxarılıblar. Bundan başqa, noyabrın əvvəlində İran Mərkəzi Bankının sədr müavini Həmid Purməhəmmədi və İran Prezidenti Administrasiyasının sabiq rəhbəri, Prezident ofisinin başçısı İsfəndiyar Rəhim Məşayinin yaxın qohumu İnayətullah Riyahi həbs olunub.
Cari ilin iyun ayında da Prezident Mahmud Əhmədinejada və Prezident Administrasiyasının sabiq rəhbəri İsfəndiyar Rəhim Məşayiyə yaxın bir neçə nəfər korrupsiyada ittiham olunaraq həbs olunublar.
Milli.Az