“Traktor”dan yeni mövsümdə ilk qələbə

3 Dekabr 2020 07:15

İran çempionatında 4-cü turun oyunları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" səfərdə "Mes Rafsancan"la qarşılaşıb. Təbriz klubu bu oyundan qələbə ilə ayrılıb - 1:0. Bu, "Traktor"un yeni mövsümdəki ilk qələbəsidir.
 
Qeyd edək ki, 4 turdan sonra 5 xalı olan "Traktor" 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Milli.Az