Çilidə güclü zəlzələ baş verib

2 Dekabr 2020 23:25

Çilinin şimalında Antofoqasta vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Antofoqasta şəhərindən 129 kilometr cənub-şərqdə, ocağı isə 67 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az