Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verməsi dayandırılıb

2 Dekabr 2020 19:11

Su kəmərində baş vermiş qəza ilə əlaqədar Xırdalan şəhərinin bir hissəsinə (kənd Xırdalan adlanan hissə və ona yaxın ərazilər) içməli suyun verilişində fasilə yaranıb.

Bunu Milli.Az-a "Azərsu"ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, 03 dekabr 2020-ci il tarixində günorta saatlarına qədər həmin əraziyə suyun verilişi dayandırılacaq.

Milli.Az