İspaniyada işsizlik sürətlə artır

2 Dekabr 2020 22:10

Noyabr ayında İspaniyada işsizlərin sayında 25.269 nəfər (0,6 faiz) artım olub.

Milli.Az bildirir ki, AZƏRTAC İspaniya Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, bu, işsizliyin artması göstəricisinin 2012-ci ildən bəri qeydə alınmış ən yüksək səviyyəsidir (o vaxt bir ay ərzində işsizlərin sayı 74 min nəfər artmışdı).

Noyabr ayının yekunlarına görə İspaniyada işsizlərin ümumi sayı 3,81 milyon nəfərə çatıb. Bu, keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 653.128 nəfər çoxdur.

Qeyd etmək lazımdır ki, İspaniyada praktiki olaraq hər il noyabr ayında işsizlik artır. Bu baxımdan ən dramatik sıçrayış 2008-ci ildə qeydə alınmışdı. O vaxt 171 min insan işsiz qalmışdı.

Milli.Az