Azərbaycanlı qardaşlarımızla təlim və hazırlıqla bağlı əməkdaşlığımız davam edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə bu məsələlərdə əlindən gələn bütün köməyi Azərbaycana göstərməyə davam edəcək:
"Biz sona qədər azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olacağıq. Buna heç kimin şübhəsi olmasın".
Milli.Az