Məktəb və bağçalarda sanitar karantin qaydaları 2022-ci ilə kimi uzadılacaq - Rusiyada

2 Dekabr 2020 22:35

Rusiyanın Rospotrebnadzor qurumu uşaq bağçaları və məktəblərdə koronavirusla bağlı sanitar qaydaları 2022-ci ilə kimi uzaqmaqda qərarlıdır.

Milli.Az xəbər verir ki, ölkənin baş sanitar həkimi məktəb və bağçalarda qrup halında və siniflərdə kütləvi toplanma və tədbirlərin, bayramların qeyd edilməsinin qadağan olunacağını bildirir.

Hazırda qadağalar 2021-ci ilin yanvarına kimi qüvvədədir.

Hazırda əyani formada 70% məktəblər işləyir. Məktəblərdə dərslərin distansion keçirilməsi ayrı-ayrı regionlar üzrə vəziyyətdən asılı olaraq təyin edilir.

42 regionda tətillər davam edir, 28 məktəb karantinə bağlıdır, 91 min şagird distansion təhsil alır.

Rusiyada şagird və onların valideynlərinə məktəblərdə virusdan qorunma, profilaktika və gigiyenik tərbiyə qaydalarının öyrədilməsi üzrə ciddi pedaqoji işlər görülməlidir.

Ayda 5 dəfə bütün məktəb və siniflər, eləcə də səthlər dezinfeksiya olunmalıdır. /medicina.az

Milli.Az