Bioloq koronavirusun gözlənilməz nəticəsini açıqladı: 60 yaşda...

2 Dekabr 2020 23:30

Bioloq koronavirusun gözlənilməz nəticəsini açıqlayıb. Bu, yüngül formada xəstələnənlərə də aiddir.

Milli.Az xəbər verir ki, koronavirus infeksiyasının nəticələri insan yüngül formada xəstələnmiş olsa da, bədənin erkən yaşlanmasına səbəb ola bilər. Bu barədə Corc Mason Universitetinin Sistem Biologiya Məktəbinin professoru Ança Baranova söyləyib. Alim bildirib ki, COVID-19-u orta və yüngül formada keçirmiş insanların analizləri təhlil edilib. Onun sözlərinə görə, bu xəstələrin hamısı ambulator vəziyyətdə olub:

"Yüngül xəstələrin 70%-də bəzi daxili orqanların patologiyası müşahidə edilib. Yalnız əsas patologiya ürək deyil, əsasən yağlı hepatoz (qaraciyər əziyyət çəkir) və pankreas toxumasının yağlı degenerasiyası idi".

Həkim əlavə edib ki, bu cür diaqnozlar 60 yaşında qoyulur, koronavirus bədənin resurslarını tükəndirir və qocalmanı yaxınlaşdırır. Onun fikrincə, bu cür işlər çox olmalı və infeksiyanın nəticələri geniş öyrənilməlidir:

"Xəstəxanadan çıxmış koronavirus xəstələrinin uzun kohort tədqiqatlarına başlamalı və ətraflı araşdırmalıyıq: testlər edilməli və nə baş verdiyini bilməliyik. Bilirəm ki, bu cür tədqiqatlar artıq başlayıb". (publika.az)

Milli.Az