“Neftçi”nin baş məşqçisi və daha 4 futbolçusunda koronavirus şübhəsi

2 Dekabr 2020 17:44

"Neftçi"nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev və daha 4 futbolçusunda koronavirus şübhəsi təsbit edilib.

Milli.Az bildirir ki, bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

Futbolçulardan Mərt Çelik, Mamadu Mbodj,  Voyislav Stankoviç və  Fəhmin Muradbəyli təcrid edilib. Klub rəsmisinin sözlərinə görə, adıçəkilən hər 6 şəxs yenidən testdən keçəcək. Çünki onların əvvəlki testləri həm neqativ, həm də pozitiv çıxıb.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk və kapitan Emin Mahmudovun da koronavirus testi müsbət çıxmışdı. Mahmudov artıq sağalıb.

Milli.Az