Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

2 Dekabr 2020 15:15

Hazırda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, tezliklə həmin mərkəzdə nəzarət prosesi başlayacaq:

"Çox qısa bir müddətdə yoldaşlarımız orada vəzifə başına keçəcək. Türkiyə və Rusiya zabitləri atəşkəsin müşahidəsi üçün birlikdə fəaliyyət göstərəcək".

Milli.Az