Qarabağla bağlı əldə olunan razılaşmalar ardıcıl reallaşdırılır - Putin

2 Dekabr 2020 14:21

Belarus, Qırğızıstan və Dağlıq Qarabağdakı hadisələr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məkanındakı vəziyyəti çətinləşdirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya Qarabağla bağlı humanitar səylərə KTMT və MDB-dən tərəfdaşların qoşlmasında maraqlıdır.

Rusiya prezidenti əlavə edib ki, Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar ardıcıl reallaşdırılır.

Milli.Az