“Sivasspor”un baş məşqçisi koronavirusa yoluxdu

2 Dekabr 2020 18:24

Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan Türkiyənin "Sivasspor" klubunda koronavirusa yoluxanların sayı durmadan artır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, indi də Super Liqa təmsilçisinin baş məşqçisi Rıza Çalımbay virusa yoluxub.

Bunu təcrübəli mütəxəssis özü bəyan edib. O bildirib ki, verdiyi testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən Çalımbay Avropa Liqasının V turunda "Vilyarreal"la (İspaniya) sabah keçiriləcək matçda iş başında olmayacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında "Sivasspor"da 4 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.

Milli.Az