Mərkəzi Bankın valyuta ehtiyatları artıb

2 Dekabr 2020 15:54

Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci il dekabrın 1-ə olan vəziyyətə görə 6,411 milyard dollar təşkil edib.

Milli.Az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Bu göstərici il ərzində 2,45 faiz artıb.

2020-ci ilin noyabr ayında Mərkəzi Bankın valyuta ehtiyatları 56,3 milyon dollar (0,9 faiz) azalıb.

2020-ci il noyabr ayının yekunlarına əsasən pul kütləsi 11,8 milyard manat təşkil edib. Bu, 2019-cu ilin yekunları ilə müqayisədə 2,9 faiz azalıb, illik müqayisədə isə 10,6 faiz azalıb.

Yanvar ayı ərzində ölkədə pul kütləsinin həcmi 607,5 milyon manat azalıb.

Milli.Az