Ağdaş sakini silahını polisə təhvil verib

2 Dekabr 2020 18:44

Ağdaş rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Ağdaş rayonunun Kükəl kənd sakini E.Cəbrayılov "İJ-16" markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Milli.Az