Bakıda mağazadan 5 min manatlıq oğurluq olub

2 Dekabr 2020 18:29

Bakıda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarısinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4600 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş N.Qasımov saxlanılıb. 

Milli.Az