"Qarabağ"ın rəqibində daha 4 nəfər Covid-19-a yoluxdu

2 Dekabr 2020 15:59

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sivasspor"da daha 4 nəfər koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onlardan ikisi futbolçu, ikisi isə texniki heyətin üzvləridir.
 
Xatırladaq ki, daha əvvəl komandanın bir neçə oyunçusunun testi müsbət olmuşdu.

Qeyd edək ki. "Sivasspor" dekabrın 3-də 5-ci turda "Vilyarreal"ı qəbul edəcək.

Milli.Az