Dünyada COVID-19-a yoluxanların sayı 64 milyonu keçib

2 Dekabr 2020 12:19

Dünyada COVID-19-a yoluxanların sayı 64 milyonu keçib.

Milli.Az bildirir ki, bununla koronavirusa yoluxanların sayı 64 195 738 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 1 486 844, xəstəlikdən sağalanların sayı isə 44 443 214 nəfərdir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma sayına görə ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır.

Milli.Az