"Təxminən dörd ildən sonra Marsa gedəcəyik" - Elon Maskdan maraqlı açıqlama

2 Dekabr 2020 09:09

"SpaceX"in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd etdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə sahibkar Berlində Aksel-Şpringer mükafatının təqdimatı tədbirində bildirib.

"Yüksək bir ehtimalla, altı il içində bunun həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də dörd ildən sonra" - Mask deyib.

O qeyd edib ki, artıq yaxın iki il ərzində Marsa komandasız kosmik gəmisini göndərmək planlaşdırılır.

Milli.Az