Dövlət Neft Fondu texniki xidmət üzrə tender elan edib

1 Dekabr 2020 21:03

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) qaz avtomat yanğınsöndürənlərinə (FM200) texniki xidmət göstərilməsi üzrə tender elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tender bir lot üzrə keçiriləcək.

Tenderdə iştirakın məbləği 50 manat təşkil edir. İştirak etmək arzusunda olanlar dekabrın 21-dək zəruri sənədləri təqdim etməli, təklifəri isə dekabrın 29-dək irəli sürməlidir.

Tender paketlərinin açılması dekabrın 30-da baş tutacaq.

Əlavə məlumatı (+994 12) 4987753 telefon nömrəsindən öyrənmək olar.

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 165.

Milli.Az