Rus və ərəb dillərində domen adlarına icazə verildi

25 Aprel 2010 14:17
İCANN idarə heyətinin sonuncu iclasında dörd ölkənin-Rusiya, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının milli əlifbalarında yuxarı dərəcəli yeni ölkə domenləri üzrə sorğulara dair müsbət qərar qəbul edilib.

Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin məlumatında Rusiyanın ".рф" milli kiril domeninin tətbiqinə müvafiq icazə almış ilk ölkə olduğu qeyd olunur.

İCANN-ın qəbul etdiyi qərar İANA (İnternet Assigned Numbers Authority) texniki mərkəzi tərəfindən əsas domenin istifadəyə verilməsi prosedurunu həyata keçirməyə imkan yaradacaq.

/AzərTAc/