Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Ölənlər var - VİDEO

1 Dekabr 2020 18:31

Almaniyanın Trir şəhərində sürücü avtomobili piyadaların üzərinə sürüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.

Daha 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Polis hadisəni törətmiş çəxsin saxlandığını bildirib. Hazırda hücumun motivləri ilə bağlı araşdırma aparılır.

Milli.Az