"Sumqayıt" daha bir oyunçusunu yola saldı

9 Yanvar 2012 20:29
"Sumqayıt" Futbol Klubu Premyer Liqanın ikinci mərhələsinin hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, yeni transferlərlə yanaşı, komandadan ayrılan futbolçuların adı açıqlanmaqdadır.
 
Rəşad Kərimov, Ramil Nuriyevin ardından Eldar Məmmədovla da müqavilə qarşılıqlı razılıq əsasında ləğv olunub. "Sumqayıt" FK adıçəkilən futbolçuya gələcək karyerasında uğurlar arzulayıb:
 
"Ailə vəziyyətimlə əlaqədar Rusiyaya qayıtmağım lazım idi. Digər tərəfdən adıçəkilən ölkədən bir neçə cəlbedici təklif almağım erkən qərar verməyimə səbəb oldu. "Sumqayıt" Futbol Klubundakı çıxışımdan razı qaldığımı deyə bilərəm. Bu komanda gələcəkdə xeyli uğurlara imza atacaq", - deyə Eldar Məmmədov klubun rəsmi saytına açıqlama verib.
 
Qeyd edək ki, 21 yaşlı futbolçu "Sumqayıt"ın heyətində "Kəpəz" və AZAL-la qarşılaşmalarda qol vurub.

Milli.Az