Hacker böyük şirkətlərin yüksək vəzifəli şəxslərinin istifadəçi hesablarını satışa çıxardıb

3 Dekabr 2020 21:20

Kompüter dələduzluğundan təkcə adi istifadəçilər əziyyət çəkmirlər. Hackerlər istifadəçilərin bank hesablarından vəsaitlərin oğurlanmasından əlavə olaraq istifadəçi hesablarının satılması vasitəsilə də pul qazanırlar. Bura həmçinin böyük təşkilatların yüksək vəzifəli şəxslərinin istifadəçi hesabları da daxildirlər. Bu barədə 4pda saytı xəbər verib. Ortaya çıxmış xəbərə əsasən kimliyi bilinməyən hacker yüksək səviyyəli rəhbərlərə aid olan Office 365 və Microsoft istifadəçi hesablarının elektron poçt ilə şifrələrinin kombinasiyalarını satışa çıxardıblar.

Yüzlərlə vəzifəli əməkdaşın istifadəçi məlumatları barəsində xəbər hacker forumlarından birində aşkar edilib. İstifadəçinin çalışdığı şirkətdən və sahib olduğu vəzifədən asılı olaraq istifadəçinin elektron poçt məlumatının qiyməti 100$-1500$ təşkil edir. Hackerin verdiyi məlumata əsasən hack edilmiş istifadəçi hesablarının sahibləri arasında yüksək vəzifəli rəhbərlər, ABŞ-dan Böyük Britaniyadan və digər ölkələrdən olan şirkətlərin mühasibləri var.

Zdnet saytının kibertəhlükəsizlik üzrə mütəxəssisləri bu cür məlumatların test versiyalarını əldə edərək təsdiqləyiblər ki, bu məlumatlar heç də fake məlumatlar deyillər. Son zamanlar korporativ resurslara hədəflənmiş BEC dələduzluq üsulu (Business E-mail Compromises) çox yayılıb. Özəl məlumatların təhlükəsizliyini lazımi şəkildə təmin etmək üçün isə ikifaktorlu autentifikasiya üsulundan istifadə etmək məsləhət görülür.

Milli.Az