Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır

1 Dekabr 2020 15:34

Ukraynanın "SkyUp Airlines" aviaşirkəti Zaporojye şəhərindən Bakıya reyslər təşkil edəcək.Milli.Az 

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlar keçirəcək.

Reyslər 2021-ci il martın 28-dən başlayacaq.

Xatırladaq ki, "SkyUp Airlines" noyabrın 30-dan başlayaraq Bakı-Kiyev marşrutu ilə çarter reysləri keçirir. Bu reyslər Ukrayna vətəndaşlarına öz ölkələrinə qayıtmağa imkan verir.

Milli.Az