XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım etdi

1 Dekabr 2020 14:19

Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Biz geri qayıtdıq, Laçın, sən artıq işğal altında deyilsən! Bu əlamətdar gündə Azərbaycan xalqını, xüsusilə Laçından olan minlərlə məcburi köçkünü təbrik edirik. Laçın bizimdir, Qarabağ Azərbaycandır!"

Milli.Az