Premyer Liqada koronavirusa daha 10 yoluxma

1 Dekabr 2020 15:03

İngiltərə Premyer Liqasında çıxış edən klublar növbəti dəfə koronavirus testindən keçiblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
 
23-29 noyabr aralığında 1381 nəfərdən koronavirus testi götürüldüyü, 10 nəfərdə yoluxma faktı qeydə alındığı bildirilib. Yoluxanların kimliyi açıqlanmayıb.
 
Bununla da, 31 avqustdan bəri koronavirus testi müsbət nəticə verənlərin sayı 86-ya çatıb.

Milli.Az