"Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək" - Səfir

1 Dekabr 2020 12:07

Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

O, Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğunu vurğulayıb:

"Biz bilirik ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Burada müxtəlif xalqların və dinlərin hüquq və azadlıqları bərabər səviyyədə təmin olunub. Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək".

Milli.Az