"Laçında yenidən üçrəngli şanlı bayrağımız dalğalanır" - Spiker

1 Dekabr 2020 11:58

Milli Məclisin spikeri Sahibə Qafarova Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Qafarova bildirib ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı bayrağımız dalğalanır:

"Ali Baş Komandan başda olmaqla bu qürur hissini bizə yaşadan Ordumuza eşq olsun. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır!"

Milli.Az