Səudiyyə Ərəbistanı İsrail üçün hava məkanını açdı

1 Dekabr 2020 18:59

Səudiyyə Ərəbistanı İsrail hava yollarına məxsus təyyarələrin hava sahəsindən istifadə etməsinə icazə verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rəsmi icazədən sonra İsraildən Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən uçuşların sürəti qısalıb, Təl- Əviv ilə Dubay arasında planlanan relsin qarşısında maneə qalmayıb.

"Səudiyyəlilər uzun və gərgin vaxtların ardından planlaşdırılan ilk uçuşu təsdiqlədilər. Bundan məmnunam. Bütün sərnişinlərə etibarlı bir səyahət və dönüş diləyirəm ",- deyə İsrail nəqliyyat naziri Miri Regev qeyd edib.

Qeyd edək ki, sentyabr ayında Səudiyyə Ərəbistanı BƏƏ-dən gələn və yola düşən təyyarələr üçün hava məkanı üzərindən bütün xarici mülki uçuşların həyata keçirilməsinə icazə verəcəyini açıqlamışdı.  

Açıqlamada İsrailin konkret qeyd edilməməsi aviasiya rəsmilərinin narahatlığına səbəb olmuşdu

Milli.Az