Türkiyə Müdafiə Nazirliyindən Laçınla bağlı paylaşım

1 Dekabr 2020 09:39

"Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözlər Türkiyə Milli Müdafiə Nazirliyinin işğaldan azad olunan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı Tvitter paylaşımında yer alıb.

Paylaşımda #QarabağAzərbaycandır həştəqi də qoyulub.

Milli.Az