"Xəyanət mənə yad olan bir şey deyil" - FOTO

1 Dekabr 2020 09:55

Hazırda "Sadakatsız" serialında rol alan aktrisa Cansu Dere Türkiyənin "İnStyle" jurnalının dekabr buraxılışı üçün fotosessiya etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa nəşrə müsahibə də verib.

Ekran işində xəyanətlə üzləşən qadın obrazını canlandıran Cansu jurnalistin "Bəs siz aldadılsaydınız, nə edərdiniz" sualına belə cavab verib:

"Bir çoxlarında olduğu kimi, xəyanət mənə də yad olan bir şey deyil. Sevgidə olduğu kimi, intiqam, nifrət, kin də çox güclü duyğulardır. Hesab edirəm ki, xəyanət edən birinə yenidən eyni hissləri bəsləmək lazım deyil".

Milli.Az