Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib

30 Noyabr 2020 21:18

Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib.

Bu barədə Milli.Az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyasının, Ukraynanın, Qazaxıstan Respublikasının, Belarus Respublikasının və Moldova Respublikasının hökumət başçıları Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər.

Milli.Az