Üç yaşında tərk etdiyi evinə üç yaşlı oğlu ilə dönəcək - VİDEO - FOTO

30 Noyabr 2020 19:44

"İnanın Allaha ki, Kəlbəcərə qayıtmamaq düşüncəsi heç zaman olmayıb. Biz hər bir şeyi edəndə Kəlbəcərə qayıtmaq düşüncəsi ilə etmişik".

Milli.Az xəbər verir ki, bu sözləri ARB-nin "Günə Doğru" verilişinə Kəlbəcər rayon sakini İsmayılov Vaqif, Kəlbəcər həsrətindən danışarkən deyib.

İsmayılova Suqra - Kəlbəcər sakini: "Mən Kəlbəcərdən 40 yaşımda çıxmışam. Dolu evimizdən heç paltarlarımızı belə götürmədik. Kəlbəcər hər tərəfdən səfalı idi. Bitkisi, suyu dərmandır. İsti suyumuzun adı bütün dünyada məşhurdur".

Qəmbərov Əziz - Kəlbəcər Rayon Sakini: "Biz şanslı nəsilik ki, bu günü gördük. Bu hissi yaşamaq, dilə gətirmək çətindir. Hazırda 37 yaşım var. Bu 27 il ərzində ömrümün çox hissəsini burda yaşamışam amma o 10 ilin şirinliyini verməyib".

Sevil xanımın isə sevinci yarıya bölünüb. Deyir ki, sevincimin həddi-hüdudu yoxdur. Həm də atam bu günləri görə bilmədi deyə çox üzülürəm.

Mobil Tanrıverdiyev - Kəlbəcər rayon sakini: "Mən Kəlbəcərdən çıxanda 3 yaşım var idi. Yəni yaş etibarı ilə oraları xatırlamıram. 

Mobil bəyin indi 30 yaşı var, oğlunun isə 3. Bəli onun Kəlbəcərdən çıxdığı yaşda indi oğlu Kəlbəcərə qayıdacaq. Mobilin böyüyə bilmədiyi torpaqlarda oğlu böyüyəcək.

Milli.Az