Levotolo vulkanı yenidən püskürməyə başladı - Kül sütunu 4 km-ya qədər yüksəkliyə qalxıb - VİDEO

30 Noyabr 2020 18:52

İndoneziyanın Lomblen adasındakı Levotolo vulkanı püskürməyə başlayıb.

Milli.Az xəbər verir ki, vulkanın kül sütunu 4 km-ya qədər yüksəkliyə qalxıb.

Seysmoloqlar yerli sakinlərə ərazidən bir neçə km uzaqlaşmağı tövsiyə edib.

İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində ölən, yaxud xəsarət alan yoxdur.

Milli.Az