Polina Qaqarina boşanır

30 Noyabr 2020 19:54

Müğənni Polina Qaqarina boşanmaq üçün rəsmi olaraq məhkəməyə müraciət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bir müddət əvvəl fotoqraf həyat yoldaşı Dmitri isakovla ayrıldığını açıqlamışdı.

Qaqarina 3 yaşlı qızının onda qalmasını tələb edib. O, eyni zamanda mülklərində yarıya bölünməsini istəyib.

Qeyd edək ki, cütlüyün ayrılma xəbəri mayda yayılmışdı. Onlar evlərini ayırsa da, hələ məhkəməyə müraciət etməmişdi. Qaqarina və Dmitri 6 ildir evlidir.

Milli.Az