Maya Sandunun andiçmə mərasiminin tarixi açıqlanıb

30 Noyabr 2020 19:49

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun andiçmə mərasiminin tarixi açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə M. Sandu keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.

O bildirib ki, inaqurasiya mərasimi dekabrın 24-də Respublika Sarayında baş tutacaq.

Milli.Az