Bakıda avtomobil piyadanı vurub

30 Noyabr 2020 20:50

Bakıda piyada qadını avtomobil vurub.

Milli.Az bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

1972-ci il təvəllüdlü Niftəliyeva Yasəmən İdris qızı yolu keçərkən onu minik avtomobili vurub.

Ağır xəsarət alan piyada 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hazırda qadının vəziyyəti ağırdır.

Milli.Az