Ximenes başından əməliyyat olundu

30 Noyabr 2020 18:19

"Vulverhempton"un zədəli futbolçusu Raul Ximenes kəllə sümüyü sınığından əməliyyat olunub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı hücumçu ötən gün "Arsenal"la səfər matçında (2:1) David Luislə toqquşma nəticəsində ağır kəllə-beyin travması alıb. Xəstəxanaya aparıldıqdan sonra ona kəllə sümüyünün sınığı diaqnozu qoyulub.

Meksikalı oyunçunun bu gecə Londonda əməliyyat olunduğu bildirilib.

Qeyd edək ki, Ximenes  bu mövsüm 10 matçda  4 qol vurub.

Milli.Az