Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

30 Noyabr 2020 17:38

Dənizdə batan şəxs xilas edilib.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə,  "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Həyata keçirilən operativ tədbirlər nəticəsində vətəndaş Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az