Türkiyədə 2 günə karantini pozan 13 minə yaxın insan cərimələndi

30 Noyabr 2020 21:27

Türkiyədə həftəsonu küçəyə çıxma qadağasına əməl etməyən 12 min 671 nəfər cəzalandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qayda pozan şəxslər məhkəməyə sövq edilib, əksəriyyətinə inzibati cəza tətbiq olunub.

"Virusa yoluxanların sayında artım olduğu bu dövrlərdə təmizlik, maska və məsafə tədbirlərindən əlavə yeni qaydalara əməl etmək lazımdır.  Unutmayaq ki, qaydalara güclü şəkildə riayət etməliyik. Əziz millətimizə bu çətin dövrdə səbir, fədakarlıq etdiyi üçün təşəkkür edirik",- deyə DİN bildirib.

Milli.Az