Həkim koronavirus xəstələrində əsas riski açıqladı

30 Noyabr 2020 22:20

Koronavirus xəstələrinin əsas xüsusiyyəti bədənlərində antibiotik terapiyasına yaxşı cavab verməyən superinfeksiyaların son dərəcə sürətli inkişafıdır.

Milli.Az xəbər verir ki, bu barədə Moskvadakı məşhur Kommunarka xəstəxanasının baş həkimi Denis Prosenko bildirib. O, qeyd edib ki, xəstələrin üçdə biri ilk 72 saat ərzində tromboembolizm və hipoksiyadan ölür, qalanları isə daha gec dünyasını dəyişir. Bu ölümün əsas səbəbləri bakteriyaların antibiotiklərə qarşı müqaviməti səbəbindən septik ağırlaşmalardır:

"COVİD-19 xəstələrinin bir xüsusiyyəti bədənlərində son dərəcə təhlükəli bakteriya-superinfeksiyaların sürətli əmələ gəlməsidir. Tibbi müəssisənin yalnız mart ayında açılmasına baxmayaraq, divarlarda artıq xəstəxanadaxili ştamlar meydana gəlib. Bunların arasında sətəlcəm, qızılı stafilokok və başqaları var. Bunun səbəbi xəstələrin başqa xəstəxanalardan köçürülməsidir, mikrobları da onlar gətirirlər. Bunlar müalicəni çətinləşdirən yüksək müqavimətə malik problemli ştamlardır və getdikcə daha çox aşkarlanır". (publika.az)

Milli.Az