Səhrada aşkarlanan sirli sütun qəfil yoxa çıxdı - FOTO

30 Noyabr 2020 21:45

Bir neçə gün əvvəl ABŞ-ın Yuta ştatında, səhrada tapılan iki insan boyunda sirli parlaq metal sütun qəfil peyda olduğu kimi, qəfil də yoxa çıxıb.

Milli.Az bildirir ki, bu barədə yerli torpaq idarəsinə istinadən xəbər yayılıb.

Sütundan qalan yalnız üçbucaq formada metaldır.

Xatırladaq ki, internet istifadəçiləri təsadüfən havadan müşahidə olunan zaman görünən sütunun məşhur Stenli Kubrikin "A space Odyssey" filminin qara monolitinə çox bənzədiyini qeyd edirlər. İzdiham yaratmamaq üçün onun dəqiq koordinatları açıqlanmamışdı. (ölkə.az)

Milli.Az