7 qollu İstanbul derbisini "Beşiktaş" qazandı

30 Noyabr 2020 10:28

Türkiyə Superliqasında 10-cu tur davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün turun mərkəzi qarşılaşmasında İstanbul nəhəngləri üz-üzə gəlib.

"Fənərbağça" əzəli rəqiblərindən olan "Beşiktaş"ı qəbul edib. 7 qolun vurulduğu oyunda qonaqlar qalib gəlib - 4:3.

"Fənərbağça" - "Beşiktaş" - 3:4
Qollar: Abubakar, 4 (0:1), 20 (0:2), Sisse, 34 (1:2) Uysal, 53 (1:3), Tufan, 68 (2:3), Nsakala, 88 (2:4), Tufan, 90+7 (3:4)
Qırmızı vərəqə: Larin, 50 ("Beşiktaş")

Bu nəticədən sonra "Fənərbağça" 20 xalla 3-cü, "Beşiktaş" 15 xalla 4-cüdür. Turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. "Qalatasaray" 20 xalla 2-cidir.

Milli.Az