Venesuela prezidenti sosial şəbəkədə telefon nömrəsini paylaşdı

30 Noyabr 2020 09:55

Venesuela prezidenti Nikolas Maduro özünün telefon nömrəsini paylaşaraq, həmyerlilərindən onu mesencerlərdəki söhbətlərə əlavə etməyə çağırdı.

Trend-in "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, müvafiq məlumat N.Maduronun "Twitter" səhifəsində yerləşdirilib.

N.Maduro vurğulayıb ki, o, "Telegram" və "WhatsApp"da Venesuela ilə bağlı həqiqət uğrunda mübarizəyə qoşulur: "Bu mənim telefon nömrəmdir - 04262168871, məni öz qruplarınıza əlavə edin".

Milli.Az