Britaniyada son sutkada 12 mindən çox koronavirus infeksiyası aşkar edilib

29 Noyabr 2020 23:33

Böyük Britaniyada son sutka ərzində 12 155 koronavirusa yoluxma, 215 nəfər ölüm hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ölkə ərazisində pandemiya başlayandan bəri ümumi yoluxma sayı 1 617 327, ölüm sayı isə 58245-dir.

Xatırladaq ki, Birləşmiş Krallıqda bir gün əvvəl 15 871 nəfərdə yeni virusa yoluxma, 479 ölüm qeydə alınmışdı.

Milli.Az