İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində "Brayton"la 1:1 hesablı bərabərliyə razılaşan "Liverpul" itki ilə üzləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın futbolçusu Ceyms Milner sıradan çıxıb. Oyunun 74-cü dəqiqəsində zədələnən yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və əvəzlənib. Onun əzələsindən zədə aldığı bildirilir.
34 yaşlı futbolçunun son vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi deyilir.
Milli.Az