"Roma"nın məşq bazasında 17 mərmi aşkarlandı

30 Noyabr 2020 05:30

"Roma"nın məşq bazasında partlamamış hərbi sursat tapılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tapılan bombalar ikinci dünya müharibəsinə aiddir. Ərazidən ümumilikdə 17 mərmi aşkarlanıb və onlar zərərsizləşdirilib.

Hadisənin komandanın məşqinə təsir etmədiyi bildirilir.

Milli.Az