Argentinada güclü zəlzələ baş verib

29 Noyabr 2020 21:54

Argentinanın şimal-qərbində 5,7 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanların episentri San-Salvador-de-Jujuy şəhərindən 105 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az